Azərbaycan Ordusundan yeni güc: BMP-1-lər "ağıllı ovçu"ya çevrilir
Far.Az xəbər saytı

Azərbaycan Ordusundan yeni güc: BMP-1-lər "ağıllı ovçu"ya çevrilir


Baku TV-nin "Hərbi xronika" rubrikasının budəfəki buraxılışında Azərbaycan Ordusunda sovet dövründən qalan BMP-1 zirehli maşınlarının modernləşdirilməsi və onlara TOLGA antidron sistemi qüllələrinin inteqrasiyası çərçivəsində görülən işlər diqqətə çatdırılıb.

Bildirilib ki, bu layihənin əsas məqsədi köhnə BMP-1 platformalarını müasir döyüş şərtlərinə uyğunlaşdırmaq, ekipajın sağ qalma şansını artırmaq və FPV dronlar, kamikadze sursatlar, aşağı hündürlükdə uçan hədəflər və pilotsuz aparatlara qarşı effektiv müdafiə imkanları yaratmaqdır. Döyüş maşınlarına AESA radar, elektro-optik müşahidə, jammer, lazer silahı, müxtəlif kaliberli avtomatik toplar və ENFAL-17 raketi kimi müasir silah sistemləri əlavə olunur.

Rubrikada vurğulanıb ki, yeni qüllə sistemi ekipajın korpus daxilində qalmasını təmin edir, bütün idarəetmə kameralar və ekranlar vasitəsilə həyata keçirilir, bu isə heyətin təhlükəsizliyini xeyli artırır.

Sonda qeyd olunub ki, layihə çərçivəsində "ortaq istehsal" modeli də nəzərdə tutulur, bu isə TOLGA-ya aid hissələrin Azərbaycanda istehsalını, texniki xidmət bazasının yaradılmasını və gələcək modernizasiya imkanlarını mümkün edir. Layihənin həyata keçirilməsi Azərbaycanla Türkiyə arasındakı strateji münasibətləri möhkəmləndirməklə yanaşı, sərfəli hərbi-texniki əməkdaşlıq nümunəsi kimi də qiymətləndirilir.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları böyük təntənə ilə qeyd olunub
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər