Çin, Rusiya və ABŞ BMT-də islahatların aparılmasını dəstəkləyib - Birgə bəyannamə
Far.Az xəbər saytı

Çin, Rusiya və ABŞ BMT-də islahatların aparılmasını dəstəkləyib - Birgə bəyannamə


Çin, Rusiya və ABŞ təşkilatın qlobal çağırışlara daha effektiv cavab verə bilməsi üçün BMT-də islahatların aparılmasını dəstəkləyiblər.

"Report" xəbər verir ki, bu barədə Şençjendə keçirilən üçtərəfli görüşün yekunlarına əsasən qəbul edilmiş Rusiya, Çin və ABŞ liderlərinin sülh haqqında Bəyannaməsində bildirilib.

"BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq Rusiya, Çin və ABŞ BMT-nin qlobal çağırışlara daha səmərəli reaksiya verə bilməsi və beynəlxalq sülh və təhlükəsizlik sahəsindəki əsas missiyasına uyğun gəlməsi üçün təşkilatın islahatına sadiq olduqlarını ifadə ediblər", - Kreml Bəyannamədən çıxarışları təqdim edib.

Ümumilikdə bəyannamə 4 bənddən ibarətdir.

Bundan əlavə, üç dövlətin liderləri bütün ölkələrin rifahı naminə neft emalı məhsullarının istehsalını və tədarükünü artırmaq barədə razılığa gəliblər, onlar sabit enerji tədarükünün vacibliyini təsdiqləyiblər.

Liderlər qeyd ediblər ki, dövlətlərin razılığı prinsipi və rəsmi şəxslərinin immunitetlərinə riayət olunması fundamental əhəmiyyət kəsb edir. Onlar Beynəlxalq Cinayət Məhkəməsinin və digər analoji strukturların səlahiyyətlərindən sui-istifadə etməməli olduğu ilə razılaşıblar.

Bundan başqa, liderlər təsdiqləyiblər ki, nüvə müharibəsində qaliblər ola bilməz və o, heç vaxt başladılmamalıdır. Bununla əlaqədar olaraq, üç ölkə nüvə risklərinin azaldılması və nüvə silahının yayılmasının qarşısının alınması üzrə dialoq aparacaq.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər