"Milan"dan sensasion qərar - Dörd ayrılıq birdən
"Milan" klubunda ciddi dəyişikliklər baş verib.
BAKU.WS xəbər verir ki, klub rəhbərliyi baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayırıb.
Bununla yanaşı, baş direktor Corco Furlani və idman direktoru İqli Tare də vəzifələrindən uzaqlaşdırılıblar.
Klubun yaydığı rəsmi açıqlamada bildirilib ki, mövsümün böyük hissəsində komanda İtaliya A Seriyasında ilk iki pillədə qərarlaşıb və çempionluq uğrunda real mübarizə aparıb. Lakin mövsümün son hissəsində nəticələr kəskin şəkildə pisləşib. Son turda alınan məğlubiyyət isə mövsümün uğursuzluqla başa çatdığını rəsmiləşdirib.
Açıqlamada qeyd olunub ki, klubda genişmiqyaslı dəyişikliklərə və futbol idarəçiliyinin yenidən qurulmasına ehtiyac yaranıb. Bu səbəbdən baş məşqçi Massimiliano Alleqri, baş direktor Corco Furlani, idman direktoru İqli Tare və texniki direktor Ceffri Monkada ilə yollar ayrılıb. Klub rəhbərliyi onların fəaliyyət dövründə göstərdikləri əməyə görə təşəkkür edib.
Qeyd edək ki, "Milan" İtaliya A Seriyasının 2025/2026 mövsümünü 38 oyundan sonra 70 xalla 5-ci pillədə başa vurub və UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Güclü yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AEBA rəhbəri Qazaxıstanda nüvə sahəsində əməkdaşlığı müzakirə edəcək
-
Holann cari mövsümdə İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub
-
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb
-
Rubio: ABŞ Hörmüz boğazının açılışından sonra nüvə probleminin müzakirəsinə hazır olacaq
-
Füzuli sakinini ildırım vuraraq öldürüb
-
Mayk Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilib













