KİV: ABŞ və Britaniya Yəməndə husilərə zərbələr endirib
ABŞ və Böyük Britaniya husilərin "Ənsar Allah" hərəkatının nəzarətində olan Yəmənin eyniadlı vilayətinin inzibati mərkəzi Hudeydə şəhərinə zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə hərəkatın “Al Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, koalisiya qüvvələri Qırmızı dəniz sahillərində yerləşən Ras İsa limanının ərazisinə azı iki zərbə endirib.
Hücumun nəticələri, o cümlədən mümkün itkilər və dağıntılar barədə məlumat verilmir.
Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra "Ənsar Allah" xəbərdarlıq edib ki, İsraili atəşə tutacaq və Fələstin anklavında əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcək. 2023-cü ilin noyabrından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum edib.
ABŞ Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradıldığını və “Prosperity Guardian” əməliyyatına başladığını elan edib. Bundan sonra ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri mütəmadi olaraq Yəməndəki üsyançıların hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
ABŞ və Britaniya hərbçiləri husilərin Hudeydədəki bazasına hücum edib
ABŞ ordusu Yəmənə zərbələr endirib
ABŞ Yəməndə husilərin hədəflərinə zərbələr endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













