İlk dəfə sertifikasiya olunacaq müəllimlərin DİQQƏTİNƏ!
Far.Az xəbər saytı

İlk dəfə sertifikasiya olunacaq müəllimlərin DİQQƏTİNƏ!


Cari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunacaq fənn müəllimlərinə (fiziki tərbiyə, musiqi, tarix, təsviri incəsənət, texnologiya) dəstək məqsədilə "MS TEAMS" platformasında sınaq imtahanı təşkil olunacaq.

Bu barədə BAKU.WS-ə Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, sınaq imtahanının səhifəsi 3 iyun tarixində saat 10:00-dan başlayaraq 20:00-dək aktiv olacaq. Bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı olacaq.

Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunacaq. İmtahan vaxtı bitən kimi nəticəniz avtomatik olaraq ekranda görünəcək.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Cədvəldə var, amma dərs keçirilmir - Məktəblərdə fiziki tərbiyə fənni problemi
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər