Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
Ermənistanın "Alyans" Partiyası iyunun 7-də keçiriləcək parlament seçkisində iştirakdan imtina edərək namizədliyini geri götürüb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) təsdiqləyib və yaxın günlərdə məsələ ilə bağlı iclas keçiriləcəyi bildirilib.
Daha əvvəl MSK partiya lideri Tiqran Urihanyanın namizədliyini ölkədə daimi yaşayış tələbinə uyğun gəlmədiyi üçün qeydə almamışdı.
Qanunvericiliyə əsasən, deputatlığa namizəd son dörd ildə ölkədə daimi yaşayan Ermənistan vətəndaşı olmalıdır.
Ermənistanda parlament seçkisində ümumilikdə 16 partiya və iki blok iştirak edəcək. Onlar arasında "Vətəndaş Müqaviləsi", "Ermənistan", "Güclü Ermənistan", "İşıqlanmış Ermənistan" və digər siyasi qüvvələr yer alır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













