Alimlər immun hüceyrələrinin işini gücləndirən məhsulu müəyyənləşdiriblər
Far.Az xəbər saytı

Alimlər immun hüceyrələrinin işini gücləndirən məhsulu müəyyənləşdiriblər


Çinli alimlər düyü kəpəyindən əldə edilən peptidlərin immun hüceyrələrinin fəallığını artıra biləcəyini müəyyən ediblər.

"Report"un məlumatına görə, tədqiqatın nəticələri "Food & Function" (F&F) jurnalında dərc olunub.

Tədqiqatçılar kəpəkdən fermentativ hidroliz və "Lactobacillus plantarum" bakteriyaları ilə fermentasiya vasitəsilə peptidlər əldə ediblər. Emaldan sonra həll olunan zülalın miqdarı 10 dəfədən çox artaraq 6,73 faizdən 74,24 faizə yüksəlib. Həmçinin orqanizm tərəfindən daha asan mənimsənilən qısa peptidlərin payı da artıb.

"RAW264.7" immun hüceyrələri üzərində aparılan eksperimentlər göstərib ki, bu cür peptidlər hüceyrələrə zərər vermir, lakin onların fəallığını nəzərəçarpacaq dərəcədə artırır. Xüsusilə hüceyrələr yad hissəcikləri daha fəal udmağa başlayıb, formalarını dəyişib və immun cavabı ilə əlaqəli daha çox molekul istehsal ediblər. Bundan əlavə, tədqiqatçılar iltihab və orqanizmin müdafiəsinin tənzimlənməsində iştirak edən maddələr olan "TNF-α", "IL-6" və "IL-10" səviyyəsinin artmasını qeyd ediblər.

Müəlliflər həmçinin patogenlərin tanınmasında mühüm rol oynayan "TLR4" reseptorunun fəallığının artmasını aşkar ediblər. Alimlərin fikrincə, bu, düyü kəpəyindən əldə edilən peptidlərin immun mexanizmləri təbii yolla işə salmaq qabiliyyətinə işarə edir.

Tədqiqatçılar hesab edirlər ki, çox vaxt düyü emalının yan məhsulu sayılan düyü kəpəyi immunitetin dəstəklənməsi və funksional qidaların hazırlanması üçün təbii komponentlərin perspektivli mənbəyinə çevrilə bilər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər