Polis əməkdaşları arasında əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə çempionata yekun vurulub
Far.Az xəbər saytı

Polis əməkdaşları arasında əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə çempionata yekun vurulub


Polis əməkdaşları arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə respublika çempionatına yekun vurulub.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, yarışda müxtəlif rayon və şəhər polis orqanlarının əməkdaşlarından ibarət 14 komanda iştirak edib.

Qeyd edək ki, mayın 1-dən etibarən bölgələrdə zona yarışlarına start verilmiş çempionatda ümumilikdə 10 minə yaxın polis əməkdaşı iştirak edib. Yarışın yekun nəticələrinə əsasən DİN Əlahiddə Çevik Polis Alayı birinci yerə layiq görülüb.

Bakı şəhər Baş Polis İdarəsinin komandası ikinci, Zəngilan Rayon Polis Şöbəsinin komandası isə üçüncü yeri tutub.

Qalib komandalara kubok və medallar təqdim olunub.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yarış keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər