Rubio ABŞ-nin Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
Far.Az xəbər saytı

Rubio ABŞ-nin Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib


Amerika Birləşmiş Ştatları Azərbaycanla tərəfdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır və Cənubi Qafqazda dayanıqlı sülhə sadiqliyi alqışlayır.

"Report"un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubionun 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqınına təbrikində deyilir.

Təbrik ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc edilib.

"Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Son bir il ərzində münasibətlərimizi strateji tərəfdaşlığa yüksəltdik və bu, vitse-prezident Cey Di Vens və Prezident İlham Əliyev tərəfindən Bakıda Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə nəticələndi.

Biz regional infrastrukturun, iqtisadi əlaqələrin və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi yolu ilə tərəfdaşlığımızın daha da güclənəcəyinə ümid edirik.

Amerika Birləşmiş Ştatları Azərbaycanın Cənubi Qafqazda davamlı sülhə sadiqliyini alqışlayır və bu səylərdə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyir. Qarşıdan gələn ildə və sonrakı illərdə tərəfdaşlığımızı dərinləşdirməyi səbirsizliklə gözləyirik", - təbrikdə deyilir.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər