Elşad Quliyev: "Avstriya ilə oyun çətin alındı, lakin qalib gəlməyi bacardıq"
Azərbaycanın minifutbol millisinin Avropa çempionatında Avstriya komandası ilə oyunu çətin alınıb.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Elşad Quliyev mətbuat konfransında bildirib.
Mütəxəssis Avstriyaya qarşı keçirdikləri ilk görüşü şərh edib:
"Əvvəlcə 28 May - Müstəqillik Günü münasibətilə bütün xalqımızı təbrik edirəm. Həmçinin komandamızı qələbə münasibəti ilə təbrik edirəm. İlk oyun çətin alındı, lakin qalib gəlməyi bacardıq. Rəqib yaxşı kollektivdir. Ümid edirəm ki, növbəti görüşlərdə yaxşı nəticə qazanacaqlar".
E.Quliyev çətin qrupa düşdüklərini söyləyib:
"Çətin qrupda yer almışıq. İtaliya seçməsi Fransa ilə görüşdə yaxşı oyun nümayiş etdirdi. Onlara qarşı tədbirlər alacağıq. Dünya çempionatında daha çox dəstəyimiz var idi. Azarkeşlərin tribunada olması oyunçulara daha çox motivasiya verir. Geniş heyətlə gəlmişik. Bu gün 10 futbolçudan istifadə etdik. Hər rəqib fərqli oyun göstərir. Tanımadığımız komandaya qarşı mübarizə aparmaq çətindir".
Qeyd edək ki, Azərbaycan millisi qitə birinciliyindəki ilk oyununda Avstriyanı 1:0 hesabı ilə məğlub edib. Yığma mayın 29-da İtaliya, 30-da isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













