Erlan Akkenjanov: Qazaxıstan neft ixracı üçün Bakı-Supsa marşrutunu nəzərdən keçirməyə hazırdır
Far.Az xəbər saytı

Erlan Akkenjanov: Qazaxıstan neft ixracı üçün Bakı-Supsa marşrutunu nəzərdən keçirməyə hazırdır


Qazaxıstan neft ixracı üçün müxtəlif marşrutları, o cümlədən Bakı-Supsa neft kəmərini nəzərdən keçirir.

"Far.Az" "İnterfaks-Qazaxıstan"a istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri Erlan Akkenjanov bəyan edib.

Onun sözlərinə görə, Azərbaycandan bu istiqamətdə hələ ki rəsmi təklif daxil olmayıb: "Tarifi deyə bilmərəm, Azərbaycan tərəfi ilə rəsmi danışıqlar aparılmayıb".

Xatırladaq ki, 2026-cı ilin mayında Azərbaycan və Gürcüstan Bakı-Supsa neft kəmərinin fəaliyyətinin bərpası barədə razılığa gəliblər.

"Bakı-Supsa" - "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan neftin nəqli üçün nəzərdə tutulan ixrac marşrutudur. Neft kəmərinin uzunluğu 837 km-dir: bunun 775 km-i diametri 21 düym (530 mm) olan yeni boru kəmərindən, 55 km-i isə rekonstruksiya olunmuş kəmərdən ibarətdir. Kəmərin illik ötürücülük qabiliyyəti 7 milyon tondan çox (gündə 145 min barel) təşkil edir. Bu istiqamət üzrə nəql 2022-ci ilin yazında dayandırılıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər