Azərbaycan alüminium məhsullarını Aİ bazarına ixrac etməyə hazırlaşır
"Azəralüminium" MMC hazırda karbon sertifikatının alınması üzərində işləyir.
"Far.Az" "Azəralüminium" MMC-yə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) tərəfindən 2026-cı ildən tətbiq edilən Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM) qlobal alüminium sənayesində yeni mərhələnin başlanğıcını bildirir.
Onun məqsədi Aİ-nin iqlim öhdəliklərinin qorunmasıdır.
Alüminium CBAM sistemində ən yüksək risk dərəcəsinə malik məhsullar kateqoriyasına aiddir. Buna səbəb isə istehsal prosesində enerjinin əhəmiyyətli dərəcədə istehlak edilməsi və xeyli miqdarda karbon emissiyasının yaranmasıdır: bu metalın 1 tonunun istehsalı 13-15 ton CO₂ emissiyasının yaranmasına səbəb olur.
Mexanizm 2026-cı ildə qüvvəyə mindikdən sonra Aİ bazarına alüminium tədarük edən müəssisələr karbon sertifikatlarının alınması prosedurasına və məhsullarının emissiya göstəriciləri üzrə hesabatların hazırlanmasına başlayıblar.
"CBAM-ın tələblərinə uyğun olaraq, karbon izini azaltmaq məqsədilə alüminium istehsalında bərpa olunan enerji mənbələrinin istifadəsinin stimullaşdırılması Azərbaycan alüminium məhsullarının beynəlxalq bazarlarda rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verəcək. Bu eyni zamanda qarşımızda yeni imkanlar açır. Xüsusilə, bərpa olunan enerji sahəsində layihələrin inkişafı "Azəralüminium" üçün Avropa bazarında rəqabət üstünlüyünə çevrilə bilər: hidroenerji resurslarından istifadə hesabına müəssisədə CO₂ emissiyası istehsal olunmuş alüminiumun hər ton üçün 2 tondan çox deyil.
Bu baxımdan "Azəralüminium" ixtisaslaşmış şirkətlər və beynəlxalq təşkilatlarla, xüsusilə Dünya Bankı ilə sertifikatlaşdırmadan keçmə, eləcə də müvafiq prosedurların öyrənilməsi məsələlərində əməkdaşlıq edir", - şirkətin məlumatında bildirilib.
Xatırladaq ki, "Azəralüminium" MMC Prezident İlham Əliyevin 2026-cı il aprelin 1-i tarixli "Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən ləğv olunan "Azərbaycan Alüminium" ASC-nin bazasında yaradılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Lukoyl"un xarici aktivlərinin satışı üçün lisenziyanın müddətini uzadıb
-
Müstəqillik Günü münasibətilə Belqradda rəsmi qəbul təşkil olunub
-
Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək
-
Muxtar Babayev BMT baş katibinin müavini ilə iqlim məsələlərini müzakirə edib
-
ÜST rəhbəri: Sərhədlərin bağlanması Ebolanın yayılmasının qarşısını almayacaq
-
Azərbaycan BOKT-unun təsisçisi dəyişib













