Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb
İran Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasındakı qonşularına hücum etməklə "böyük səhv"ə yol verib.
"Report"un məlumatına görə, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox News" telekanalına müsahibəsində bildirib.
"ABŞ-nin bir çox müttəfiqləri var idi ki, onlar öz bank sistemlərindəki İran pulları barədə Vaşinqtonla tam səmimi olmaya bilərdilər, lakin qəfildən onlar çox güzəştə gedən tərəfə çevrildilər və hesablara çıxış əldə etməyimizə və ya onların dondurulmasına həvəslə kömək etməyə başladılar", - Bessent vurğulayıb.
"The Wall Street Journal" hələ martın əvvəlində BƏƏ-nin ölkədə yerləşdirilən İran aktivlərini dondurmaq imkanlarını nəzərdən keçirdiyini yazmışdı.
Bessent həmçinin bəyan edib ki, ABŞ tərəfindən İran limanlarının blokadası həm iqtisadi, həm də fiziki xarakter alıb. Onun sözlərinə görə, ölkənin əsas neft terminalı olan İranın Xarq adası ABŞ tərəfindən bloklanıb və bu səbəbdən İran quyuların sökülməsinə başlamaq məcburiyyətində qalacaq.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kolumbiyada prezident seçkiləri keçirilir
-
Baş Şirvan kollektorunda timsah peyda olub?
-
Minifutbol üzrə Avropa çempionatında qrup mərhələsi başa çatıb, pley-off cütləri dəqiqləşib
-
Parisdə PSJ-nin qələbəsindən sonrakı iğtişaşlar zamanı dörd nəfər yaralanıb - YENİLƏNİB
-
Parisdə PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralanıb – YENİLƏNİB -2
-
"Turan Tovuz" avrokuboklara buraxılmaya bilər













