Tramp yeni şərtlər irəli sürdü: Tehranın cavabı nə olacaq?
ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmanın şərtlərini sərtləşdirib. Vaşinqton Tehrana yeni təkliflər paketi göndərib. Dəyişikliklərin detalları tam açıqlanmasa da, əsas məsələlərdən birinin İranın dondurulmuş aktivləri və nüvə öhdəlikləri ilə bağlı olduğu bildirilir.
Ağ Ev rəhbərinin narahatlığı ondadır ki, İran Amerika Birləşmiş Ştatlarının təkliflərinə ləng reaksiya verir. Buna görə də Vaşinqton danışıqlarda təzyiqi artıraraq Tehranı daha tez qərar verməyə məcbur etməyə çalışır.
Analitik Yeganə Hacıyeva məsələni Baku TV-yə belə şərh edib:
"Donald Trampın açıqlamalarındakı bu sərtləşmələr daha çox məhz onun tərəfindən İranla danışıqlarda təzyiq elementi kimi dəyərləndirilməlidir, nəinki sazişi pozmaq cəhti kimi. Çünki hazırda Vaşinqton İranı danışıqlar masasında saxlamağa çalışır və mümkün razılaşmada maksimum İran tərəfindən kompromislərə gedilməsinə nail olmaq istəyir. Burada da əsas məsələ Tehranın nüvə proqramı ilə bağlı geniş güzəştlər əldə etməsidir".
Trampın sözlərinə görə, İran yalnız nüvə silahı hazırlamayacağı barədə deyil, həmçinin onu heç bir şəkildə almayacağı ilə bağlı da razılıq verib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kolumbiyada prezident seçkiləri keçirilir
-
Baş Şirvan kollektorunda timsah peyda olub?
-
Minifutbol üzrə Avropa çempionatında qrup mərhələsi başa çatıb, pley-off cütləri dəqiqləşib
-
Parisdə PSJ-nin qələbəsindən sonrakı iğtişaşlar zamanı dörd nəfər yaralanıb - YENİLƏNİB
-
Parisdə PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralanıb – YENİLƏNİB -2
-
"Turan Tovuz" avrokuboklara buraxılmaya bilər













