Eksperimental preparat mədəaltı vəzi xərçəngində sağ qalma müddətini iki dəfə artırıb
Far.Az xəbər saytı

Eksperimental preparat mədəaltı vəzi xərçəngində sağ qalma müddətini iki dəfə artırıb


Eksperimental daraksonrasib preparatı ən ölümcül onkoloji xəstəliklərdən biri olan mədəaltı vəzi xərçənginin müalicəsində rekord göstəricilər nümayiş etdirib.

"Report"un məlumatına görə, araşdırmanın nəticələri "New England Journal of Medicine"də dərc olunub.

Tədqiqatın müəllifləri bazar günü Amerika Klinik Onkologiya Cəmiyyətinin (AKOC) konfransında bildiriblər ki, preparat uğursuz keçən ilk müalicə kursundan sonra standart kimyaterapiya ilə müqayisədə pasiyentlərin ömrünün uzunluğunu iki dəfə artırıb. Tədqiqatda xəstəliyin irəliləmiş formasına sahib olan 500-ə yaxın insan iştirak edib.

Arizona Universiteti Onkologiya Mərkəzinin mütəxəssisi və AKOC-nin mədəaltı vəzi xərçəngi üzrə eksperti Raçna Şroff qeyd edib ki, kimyaterapiyadan sonra xərçəngi proqressivləşən pasiyentlərdə sağ qalma göstəricisinin iki dəfə artması və ölüm riskinin azalması indiyədək heç vaxt müşahidə olunmayıb.

Nəticələrə əsasən, daraksonrasib ümumi ölüm riskini 60 % azaldıb və pasiyentlərin, demək olar, üçdə birində şişin proqressivləşməsini dayandırıb və ya prosesi geriyə çevirib. Müqayisə üçün qeyd edək ki, kimyaterapiya alan xəstələr arasında belə bir effekt cəmi 10 % halda qeydə alınıb.

İlkin məlumatlar göstərib ki, yeni preparatı qəbul edən pasiyentlərin ümumi sağ qalma müddətinin medianı standart terapiya alan pasiyentlərdəki 6,7 aya qarşı 13,2 ay təşkil edib.

Sınaqların baş tədqiqatçısı, Harvard Universitetinin Dana-Farber Xərçəng İnstitutunun həkimi Brayan Volpin bildirib ki, bu nəticələr mədəaltı vəzi xərçənginin müalicəsinə yanaşmanı dəyişə bilər. Ekspertlər həmçinin vurğulayıblar ki, kimyaterapiyadan sonra xəstəliyi proqressivləşən pasiyentlərdə sağ qalma müddətinin bu dərəcədə əhəmiyyətli artımı əvvəllər heç vaxt görünməyib.

Preparatın ən çox rast gəlinən yan təsiri dəri səpkisi olub ki, bu da tədqiqat iştirakçılarının 86 %-dən çoxunda özünü büruzə verib, lakin əksər hallarda antibiotiklər və yerli steroidlərlə müalicə edilib.

Mədəaltı vəzi xərçəngi ən təhlükəli onkoloji xəstəliklərdən biri olaraq qalmaqdadır. Amerika Xərçəng Cəmiyyətinin məlumatına görə, 2026-cı ildə ABŞ-də təxminən 68 min insana bu diaqnoz qoyulacaq və 53 minə yaxın pasiyent bu xəstəlikdən dünyasını dəyişə bilər.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər