Aİ Azərbaycanla təmiz elektrik enerjisi ticarəti üzrə əməkdaşlıq etmək istəyir
Far.Az xəbər saytı

Aİ Azərbaycanla təmiz elektrik enerjisi ticarəti üzrə əməkdaşlıq etmək istəyir


Azərbaycanın Xəzər dənizindəki külək enerjisindən istifadə etmək üçün çox iddialı planları var və Avropa İttifaqı (Aİ) gələcəkdə yaşıl enerji dəhlizi vasitəsilə təmiz elektrik enerjisinin ticarəti sahəsində də əməkdaşlıq etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun (ENER) enerji platforması və beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobillo Borrero 31-ci Bakı Enerji Forumunda bildirib.

O, Avropa regionunun hazırda daha qlobal xarakter daşıyan ikinci enerji böhranı ilə üz-üzə qaldığını diqqətə çatdırıb: "Hazırda yüksək enerji qiymətləri Aİ-na təsir göstərir. İlk olaraq biz dekarbonizasiyanı sürətləndirmək istəyirik. 2050-ci ilə qədər dekarbonizasiyaya nail olmaq üçün çox iddialı və aydın hədəflərimiz var. Aİ yerli istehsal olan enerji mənbələri yaratmalıdır. Bu, həm bərpa olunan enerji, həm də nüvə enerjisi deməkdir. Çünki xaricdən nə qədər çox idxal ediriksə, beynəlxalq bazardakı qıtlıqdan və dəyişkənlikdən bir o qədər çox təsirlənirik".

Qonaq əlavə edib ki, Aİ üçün iqtisadiyyatının dekarbonizasiyası zaman alacaq: "Beləliklə, hədəflərimiz 2050-ci ilə qədərdir. Bu müddət ərzində isə Avropa İttifaqı həm qaz, həm də neft idxal etməyə davam edir".

K.L. Borrero həmçinin, keçid dövründə Azərbaycanın strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükündə bizim üçün strateji tərəfdaş olub. Son dörd ildə Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına qaz tədarükünü 40 % artırmışıq. Və bu, bizim ərazimizdəki bütün Rusiya qazını əvəz etdiyimiz dönəmdə, bu şaxələndirmə kontekstində bizim üçün həqiqətən çox vacibdir. İkinci çox vacib əməkdaşlıq sahəsi bərpa olunan enerji mənbələri və interkonnektorlardır – xüsusilə də "yaşıl enerji dəhlizi". Biz bərpa olunan enerji sahəsində birlikdə işləməyi planlaşdırırıq. Azərbaycanın Xəzər dənizində külək enerjisindən istifadə etmək üçün çox iddialı planları var. Biz gələcəkdə bu dəhliz vasitəsilə təmiz elektrik enerjisinin ticarəti sahəsində də əməkdaşlıq etməyi planlaşdırırıq".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər