Şamil Ayrım: Gələcəyin enerji vizyonu Azərbaycanda formalaşır
Far.Az xəbər saytı

Şamil Ayrım: Gələcəyin enerji vizyonu Azərbaycanda formalaşır


Energetikanın ürəyi can Azərbaycanda döyünür. Gələcəyin enerji vizyonu və elektroenergetikanın transformasiyasının istiqaməti burada formalaşır.

"Far.Az" xəbər verir ki, bunları Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım "X"dəki səhifəsində yazıb.

"Bakı Enerji Forumu ilə əlaqədar energetika və təbii sərvətlər nazirimiz Alparslan Bayraktarla birlikdə Bakıdayıq.

Forumun açılışı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən gerçəkləşdirildi. Açılışdan sonra cənab İlham Əliyevlə birlikdə sərgi sahəsindəki stendləri ziyarət etdik və onu TPAO stendimizdə qəbul etmək imkanı qazandıq.

Ənənəvi Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunun uğurlu təşkilində əməyi olan Azərbaycanın energetika naziri cənab Pərviz Şahbazova və əməyi keçən bütün həmkarlarına səmimi təşəkkürümü bildirirəm.

Türkiyə və Azərbaycan enerji sektorundakı güclü əməkdaşlığını daha da inkişaf etdirməklə regional enerji təhlükəsizliyi və davamlı inkişaf hədəflərinə birgə töhfə verməyə davam edəcəklər", - Ş.Ayrım vurğulayıb.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda Zəfər muzeyinin açılışı olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər