Pezeşkian: İranın və Azərbaycanın xalqları çoxsaylı ortaqlıqlara malikdirlər
İranın və Azərbaycanın xalqları çoxsaylı tarix, sivilizasiya, mədəniyyət, din və dil ortaqlıqlarına malikdirlər.
BAKU.WS xəbər verir ki, bu fikirlər İran Prezidenti Məsud Pezeşkianın Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda qeyd olunub.
İran Prezidentinin təbrik məktubunda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm.
İranın və Azərbaycanın xalqları çoxsaylı tarix, sivilizasiya, mədəniyyət, din və dil ortaqlıqlarına malikdirlər. Bu ortaq bağlar ölkələrimizin xalqları arasındakı dostluğu möhkəmləndirmiş və sarsılmaz etmişdir. Şübhəsiz ki, bizim qırılmaz bağlarımız iki ölkə arasında münasibətlərin inkişafı üçün möhkəm zəmin olmuşdur.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra İran İslam Respublikası hər zaman iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafını dəstəkləmişdir. Biz şadıq ki, xalqlarımızın istək və arzularına uyğun olaraq bu gün ölkələrimiz arasındakı münasibətlərdə dinamik prosesin şahidiyik.
Ümidvaram ki, ikitərəfli, regional və beynəlxalq mövzuların geniş spektrini əhatə edən bu dinamik proses daha yüksək sürətlə davam edəcəkdir.
Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının xalqına isə rifah və əmin-amanlıq arzulayıram".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyində provayderlərin məsuliyyəti xüsusi əhəmiyyət daşıyır
-
Regionun taleyini dəyişəcək proses: Bakı və Ankaradan tarixi layihə
-
Arazda batan məktəblinin axtarışları üçün çayda suyun səviyyəsi endirilib
-
Lisey və gimnaziyalara qəbul üçün elektron qeydiyyat başlayır
-
Günəşlidə 4 maşın toqquşub
-
Bakı sakinlərinin nəzərinə - Sabah iki rayonda işıq kəsiləcək













