Kaleb Orr: "Azərbaycanla münasibətlər ABŞ üçün prioritetdir"
"ABŞ ilə Azərbaycan arasında münasibətlər Birləşmiş Ştatlar üçün prioritetlərdən biridir".
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində keçirilən mətbuat konfransında bəyan edib.
"ABŞ və Azərbaycan arasındakı münasibətlər Birləşmiş Ştatlar və Tramp administrasiyası üçün əsas prioritetlərdən biridir, çünki biz Cənubi Qafqaz regionunda yeni sülh dövrü açmağa çalışırıq", - o bildirib.
Orr səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə və iqtisadiyyat naziri Mikayıl Cabbarova, eləcə də bütün Azərbaycan nümayəndə heyətinə minnətdarlığını bildirib.
"Münasibətlərimiz fəal şəkildə inkişaf edir və bu, yalnız başlanğıcdır. Səfərim zamanı Azərbaycana investisiya qoyan ABŞ şirkətlərinin nümayəndələri ilə ünsiyyətdə oldum və gələcəkdə ölkədə biznesin daha da genişləndirilməsi üçün mövcud imkanlar barədə eşitdim", - o qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?
-
Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk
-
"Siemens Energy" Transxəzər yaşıl enerji dəhlizi layihəsinə qoşulur
-
Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"













