Dnepr və Kiyevdə ölənlərin sayı artıb - YENİLƏNİB-3
Far.Az xəbər saytı

Dnepr və Kiyevdə ölənlərin sayı artıb - YENİLƏNİB-3


Rusiyanın gecə saatlarında Kiyev və Dneprə endirdiyi kütləvi zərbələr nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja "Telegram" kanalında bildirib ki, çərşənbə axşamına keçən gecə Rusiya Silahlı Qüvvələrinin Dnepr şəhərinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 16-ya çatıb və 4-ü uşaq olmaqla 42 nəfər yaralanıb.

Onun sözlərinə görə, şəhərdə axtarış-xilasetmə əməliyyatı başa çatıb.

Kiyev meri Vitali Kliçko isə vurğulayıb ki, iyunun 2-də Rusiyanın ordusunun paytaxta kütləvi hücumu nəticəsində 90 nəfər yaralanıb: "Stasionarlarda 52 yaralı var. Onlardan ikisi uşaqdır. 6 nəfər ölüb".

Rusiya Silahlı Qüvvələrinin Kiyevə və Dneprə endirdiyi gecə zərbələri nəticəsində həlak olanların sayı 18-ə çatıb.

"Report" Ukrayna mediasına istinadən xəbər verir.

Paytaxt meri Vitali Kliçkonun son məlumatına görə, Kiyevdə Rusiya xüsusi xidmət orqanlarının genişmiqyaslı gecə hücumu nəticəsində 6 nəfər ölüb.

"Hücum nəticəsində Kiyevdə 66 nəfər xəsarət alıb, 6 nəfər həlak olub", - V.Kliçko "Telegram" səhifəsində yazıb.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, Rusiyanın zərbəsi nəticəsində həlak olanların sayı 12-yə çatıb: "Dneprə hücum nəticəsində həlak olanların sayı 12-yə çatıb".

Rusiya Silahlı Qüvvələrinin Kiyevə endirdiyi gecə zərbələri nəticəsində ölənlərin sayı 4-ə çatıb, 63 nəfər isə xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram kanalında bildirib.

"Yaralılar arasında 3 uşaq var. Təəssüf ki, 4 nəfər həlak olub", - o yazıb.

Daha əvvəl ötən gecə Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinə endirdiyi zərbələr nəticəsində 6 nəfərin öldüyü və 36 nəfərin xəsarət aldığı barədə məlumat verilmişdi.

Rusiyanın Kiyev və Dneprə (Ukrayna) endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub, daha 71 nəfər yaralanıb.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə, iyunun 2-də Kiyevə edilən hücum nəticəsində 3 nəfər həlak olub, daha 35 nəfər, o cümlədən 3 uşaq xəsarət alıb.

Öz növbəsində, Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja Rusiyanın Dneprə endirdiyi zərbələr nəticəsində 6 nəfərin həlak olduğunu, daha 36 nəfərin yaralandığını bildirib.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Rusiyanın Kiyevə və Dneprə endirdiyi zərbələr nəticəsində 18 nəfər ölüb - YENİLƏNİB-2
Rusiya ordusunun Kiyevə gecə hücumu - FOTOREPORTAJ
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər