İnvestisiya portalında 147 biznes layihəsi investor gözləyir
Far.Az xəbər saytı

İnvestisiya portalında 147 biznes layihəsi investor gözləyir


Yerli və xarici investorları mikro, kiçik və orta sahibkarlıq subyektlərinin layihələrinə, startapların biznes ideyalarına sərmayə qoymağa imkan yaradan İnvestisiya portalında (invest.smb.gov.az) indiyədək 173 layihə yerləşdirilib.

Far.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Qeyd olunub ki, sözügedən layihələrdən 147-si investisiyaların cəlb edilməsi, 4-ü investisiya təklifi, 22-si isə hazır biznesin satışı ilə bağlıdır. Sözügedən layihələr kənd təsərrüfatı, sənaye, xidmət, istehsal və digər istiqamətləri əhatə edir.

Bu günədək 1300-dən çox sahibkar, investor və startap müvafiq layihələrlə tanış olmaq, layihəsini portalda yerləşdirmək üçün invest.smb.gov.az saytında qeydiyyatdan keçib.

Portaldan istifadə edən biznes sahibləri investisiya cəlb etməklə bizneslərini genişləndirə, investorlar isə bu layihələrə yatırım etməklə həm özləri qazanc əldə edə, həm də KOB-ların layihələrini dəstəkləməklə onların inkişafına, yeni məhsul və xidmətlərin yaranmasına dəstək göstərə bilərlər.

Qeyd edək ki, www.invest.smb.gov.az portalı Azərbaycanda KOB-ların investisiya imkanlarını genişləndirmək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılıb. Layihəsinə investor axtaran sahibkarlar, startaplar, eləcə də sərmayə qoymaq üçün layihə axtarışında olan investorlar portalın imkanlarından faydalana bilərlər. Portaldan istifadə etmək üçün ödəniş tələb olunmur. Layihələrin portala yerləşdirilməsi prosesi sadə və rahatdır. Bununla bağlı əlavə sualları yaranan sahibkarlar və startaplar KOBİA-nın 131 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

İnvestisiya portalında 147 biznes layihəsi investor gözləyir

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər