Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb - YENİLƏNİB-3
Cəlilabad rayonunda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, 2011-ci il təvəllüdlü Anar Əzizov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, A. Əzizov dayısının həyat yoldaşı - 1999-cu il təvəllüdlü Səidə Cəfərovanı qətlə yetirməkdə şübhəli bilinir.
Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən 15 yaşlı Anar Əzizov hadisə yerindən qaçıb.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, onun psixoloji problemlərinin olduğu bildirilir.
A. Əzizovun ailəsi Rusiyada yaşayır və o, bir müddətdir ki, dayısının evində qalırdı. Hadisə baş verən vaxt onun dayısı evdə olmayıb.
İlkin məlumata görə, A. Əzizov əlindəki kəsici alətlə dayısının həyat yoldaşı S. Cəfərovaya hücum edib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın elə yerindəcə həyatını itirib. Hadisə vaxtı evdə mərhumun iki azyaşlı övladı da olub. Məhz onlar qaçaraq qonşulara qətl barədə məlumat veriblər.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Cəlilabad rayonunda qətlə yetirilən qadının şəxsiyyəti məlum olub.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, 2011-ci il təvəllüdlü Anar Əzizov 1999-cu il təvəllüdlü Səidə Cəfərovanı kəsici alətlə öldürüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, S. Cəfərova A. Əzizovun dayısının həyat yoldaşı olub.
Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.
İlkin məlumata görə, Anar adlı şəxs dayısının həyat yoldaşına müxtəlif bədən xəsarətləri yetirib.
Nəticədə qadın hadisə yerində həyatını itirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmənin axtarışları davam etdirilir - YENİLƏNİB-2
Dayısının həyat yoldaşını öldürən yeniyetmənin axtarışları davam etdirilir
Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













