Peres seçkilərdə qalib gəlsə, "Real"ın baş məşqçisi Mourinyo olacaq
Far.Az xəbər saytı

Peres seçkilərdə qalib gəlsə, "Real"ın baş məşqçisi Mourinyo olacaq


Madridin "Real" klubunun prezidenti Florentino Peres növbəti seçkilərdə qalib gələcəyi halda, portuqaliyalı Joze Mourinyonu baş məşqçi postuna təyin edəcəyini bildirib.

"Far.Az" xəbər verir ki, 79 yaşlı funksionerin seçki qərargahı "X" sosial şəbəkəsində portuqaliyalı məşqçinin Madrid təmsilçisinin formasını geyindiyi və "Bəli!" dediyi video yayımlayıb.

Videoda Peresə səs vermək çağırışı da yer alıb.

"Real"ın prezident seçkiləri iyunun 7-də keçiriləcək. Bu post üçün ikinci namizəd iş adamı Enrike Rikelmedir.

Mourinyo artıq 2010-2013-cü illərdə Madrid klubunda çalışıb. Onun rəhbərliyi altında komanda İspaniya çempionatını, Kubokunu və Superkubokunu qazanıb. Ötən mövsümün yekunlarına görə, madridlilər heç bir titul qazanmayıb.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər