Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək
Far.Az xəbər saytı

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək


Türkiyə ilə Niger arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nigerli həmkarı Abdurahman Tçiani ilə görüşünün yekunlarına dair "X" sosial şəbəkə hesabında yazıb.

"Müdafiə sənayesi, təhlükəsizlik, enerji, mədənçilik, ticarət, investisiyalar, təhsil, səhiyyə və kənd təsərrüfatı sahələrindəki əlaqələrimizi ətraflı şəkildə dəyərləndirdik", - Ərdoğan bildirib. Dövlət başçısı əlavə edib ki, iqtisadi və ticarət birgə komitəsinin təsis edilməsi barədə razılıq əldə olunub.

Bununla yanaşı, Türkiyə-Niger Dostluq Xəstəxanasının idarəetmə protokolu yenilənib:

"Afrika ölkələri ilə əlaqələrimizi bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdirməyə davam edirik.

Qitənin, xüsusilə Sahel bölgəsində qeyri-sabitlik yaradan terror təşkilatları ilə mübarizə məsələsində dost və qardaş ölkələrin yanındayıq".

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycanda qan banklarının siyahısı yenilənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər