Vladimir Putin İlham Əliyevə təşəkkür etdi
Far.Az xəbər saytı

Vladimir Putin İlham Əliyevə təşəkkür etdi


"Rusiya və Azərbaycan arasında münasibətlər çox yaxşı olub və bu gün də həmin səviyyədə qalır".

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı deyib.

"Mən Rusiya ilə Azərbaycan arasındakı münasibətləri çox yüksək qiymətləndirirəm. Azərbaycanla hər zaman yaxşı əlaqələrimiz olub və bu gün də belədir - həm iqtisadi, həm də siyasi sahədə. Biz bir neçə il əvvəl Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalamışıq. Münasibətlərimiz də məhz bu xətt üzrə inkişaf edir", - deyə Rusiya lideri bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya ilə strateji tərəfdaşlıq və qarşılıqlı fəaliyyət haqqında sənədlərin konkret məzmunla zənginləşdirilməsi istiqamətində böyük səylər göstərir.

Putin həmçinin vurğulayıb ki, Rusiya İrana humanitar yüklərin çatdırılması zamanı göstərilən dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdardır.

"Biz Prezident İlham Əliyevə İrana humanitar yardım göndərilməsində bizə göstərdiyi köməyə görə çox minnətdarıq. Qeyd etməliyəm ki, Azərbaycan tərəfi bu istiqamətdə çox operativ və effektiv fəaliyyət göstərib, bütün müraciətlərimizə dərhal reaksiya verib. Bu da vəziyyətin yumşaldılması baxımından olduqca mühüm rol oynayıb", - deyə Putin qeyd edib.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər