Elşad Quliyev: Avropa çempionu olsaq da, tempi aşağı salmaq istəmirik
Far.Az xəbər saytı

Elşad Quliyev: Avropa çempionu olsaq da, tempi aşağı salmaq istəmirik


Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev komandanın Avropa çempionatında qazandığı növbəti uğurdan sonra da tempini aşağı salmaq niyyətində olmadığını bildirib.

"Report" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında çempionat ərzində çətin oyunlar keçirdiklərini, lakin buna baxmayaraq qələbə qazanaraq ikinci dəfə Avropa çempionu olduqlarını deyib.

"Çox çətin oyun keçirdik, amma buna baxmayaraq qalib gəldik. Artıq ikinci dəfədir ki, Avropa çempionu olmuşuq. İstəmirəm ki, bundan sonra tempimizi aşağı salaq", – baş məşqçi qeyd edib.

E.Quliyev komandanın gərgin təlim-məşq toplanışlarından sonra yorğun olmasına baxmayaraq, yüksək əhval-ruhiyyə və əzmkarlıq sayəsində hədəfə çatdığını vurğulayıb.

"Komanda gərgin təlim-məşq toplantılarından sonra yorulsa da, ruh yüksəkliyi və əzmlə qələbəni əldə etdik. Bundan sonrakı oyunlara da məsuliyyətlə yanaşacağıq", – o əlavə edib.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Şəhidlərin xatirəsinə həsr olunan cüdo üzrə açıq çempionat keçirilib
Bakıda Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən minifutbol turniri yekunlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər