Vüsal İsayev: "Avropa çempionatına qalib olmaq hədəfi ilə yollanmışdıq"
Far.Az xəbər saytı

Vüsal İsayev: "Avropa çempionatına qalib olmaq hədəfi ilə yollanmışdıq"


Azərbaycan minifutbol millisinin üzvü Vüsal İsayev komandanın Avropa çempionatına çempionluq məqsədi ilə yollandığını və qarşıya qoyulan hədəfə nail olduqlarını bildirib.

"Report" xəbər verir ki, o, jurnalistlərə açıqlamasında federasiya tərəfindən yığma üçün bütün lazımi şəraitin yaradıldığını deyib.

"Biz Avropa çempionatına gedərkən qarşımıza bir hədəf qoymuşduq ki, qələbə qazanacağıq. Federasiya tərəfindən lazım olan bütün şərait bizim üçün yaradılmışdı", – V.İsayev qeyd edib.

Millinin üzvü yarımfinaldakı rəqib Serbiyanın Azərbaycan yığmasını yaxşı təhlil etdiyini vurğulayıb:

"Rəqib komanda olan Serbiya bizi çox güclü təhlil etmişdi. Oyun çətin keçsə də, rəqibi penaltilər seriyasında üstələdik. Finalda isə Ukraynanı məğlub edərək çempionluğu əldə etdik".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının finalında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən minifutbol turniri yekunlaşıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycanın minifutbol yığması "Millətlər Liqası"nın qalibi olub
Minifutbol üzrə Azərbaycan çempionatının finalında qarşılaşacaq komandalar bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər