Siyasət Əsgərov: "İlk hissədə buraxılan səhvlər məğlubiyyətə səbəb oldu"
Far.Az xəbər saytı

Siyasət Əsgərov: "İlk hissədə buraxılan səhvlər məğlubiyyətə səbəb oldu"


Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsində bu gün qarşılaşdığı Macarıstanla görüşün (1:2) ilk hissəsində buraxdığı səhvlər səbəbindən uduzub.

"Far.Az" xəbər verir ki, bunu yığmanın baş məşqçisi Siyasət Əsgərov oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçı dəyərləndirib:

"Düşünürəm ku, iki fərqli hissə seyr etdik. Təəssüflər olsun ki, ilk hissədə səhv buraxdıq və rəqib bu səhvdən yararlandı. Ancaq İkinci hissəyə daha yaxşı başladıq. Oyunun gedişində etdiyimiz dəyişiklik yaxşı alındı, hücuma buraxdığımız oyunçu qol vurdu. Bundan sonra rəqib bizi topsuz çox saxladı. Belə olan halda da istər-istəməz yorğunluq yarandı. Biz qısa ötürmələrlə cinahlara topu çatdırmağı düşünürdük. İlk hissədə qızlar tez-tez səhvlər buraxdı. Bundan sonra isə oyunçularda qorxu, stress yarandı. Sonra isə uzun paslarla oynamağa başladılar. Amma bizim onlarla uzun ötürmələrlə oyunda şansımız yox idi".

Qeyd edək ki, milli hazırlıq çərçivəsində növbəti matçını San-Marinoya qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər