PSJ Li Kan İnlə müqavilənin müddətini uzatmayacaq
Far.Az xəbər saytı

PSJ Li Kan İnlə müqavilənin müddətini uzatmayacaq


PSJ rəhbərliyi hücumçu Li Kan İnlə müqavilənin müddətini uzatmayacaq.

"Far.Az" "RMC Sport"a istinadən xəbər verir ki, Paris klubu münasib təklif olacağı təqdirdə bu yay futbolçunun gedişinə mane olmayacaq.

İspaniyanın "Atletiko" və İngiltərənin "Aston Villa" klublarının hücumçuya maraq göstərdiyi bildirilib. 2023-cü ilin yayından PSJ-də çıxış edən cənubi koreyalı oyunçunun müqaviləsinin müddəti 2027/2028 mövsümünün sonuna qədərdir.

"Transfermarkt" portalı onun dəyərini 28 milyon avro qiymətləndirir.

Qeyd edək ki, Li Kan İn 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 39 matçda 4 qola, 5 məhsuldar ötürməyə imza atıb.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Tənqid edilənlər, qalmaqal yaradanlar, ilklərə imza atıb, yeniliklər edənlər... - 2025-ci ilin əsas şou hadisələri
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər