Ermənistan MSK: Seçkilər zamanı texniki nasazlıqlar qeydə alınıb
Far.Az xəbər saytı

Ermənistan MSK: Seçkilər zamanı texniki nasazlıqlar qeydə alınıb


Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkiləri üçün bütün 2005 seçki məntəqəsinin açıldığını təsdiqləyib və səsvermə zamanı rast gəlinən texniki problemlər barədə bildirib.

"Far.Az"un məlumatına görə, bu barədə MSK sədri Vaaqn Ovakimyan qurumun yutub kanalında yayımlanan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bir neçə seçki məntəqəsində texniki nasazlıqlar, xüsusən seçici siyahısının çap və elektron versiyalarında seçicilərin səsvermə nömrələri arasında uyğunsuzluqlar qeydə alınıb.

"Bu cür halların qeydə alındığı bütün yerlərdə seçicilərə siyahını adlarının yanında imzalamaq tapşırılıb", - V.Ovakimyan qeyd edib.

O, bütün seçki məntəqələrinin normal fəaliyyət göstərdiyini vurğulayıb.

Oxşar xəbərlər

Saat 19:00-a olan seçici fəallığı: 37,27 faiz seçici səsvermə hüququndan istifadə edib - YENİLƏNİB
Nazirlik bu yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər