Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başa çatıb
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri təntənəli konsert proqramı ilə başa çatıb.
"Report"un Türkmənistana ezam olunan əməkdaşı xəbər verir ki, konsert proqramını hər iki ölkənin mədəniyyət nazirliklərinin rəsmiləri, Azərbaycanın Türkmənistandakı Səfirliyinin rəhbər şəxsləri, eləcə də hər iki ölkənin mədəni-ictimai xadimləri, media mənsubları izləyiblər.
Proqram çərçivəsində iki ölkənin xalq və əməkdar artistlərinin mədəniyyət günləri üçün hazırlanmış duetləri səsləndirilib.
Ardınca Dövlət Rəqs Ansamblı "Mənim Azərbaycanım" adlı kompozisiyanı təqdim edib.
Ansamblın "Qağayı", "Çayçı", "Ağ çiçəyim", "Toy", "Şalı", "Qaytağı" və digər Azərbaycan rəqs sənətinin incilərindən ibarət proqramı qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Bununla da, Türkmənistanın paytaxt Aşqabad və Arkadağ şəhərlərində iyunun 5-dən etibarən başlayan Azərbaycan Mədəniyyəti Günləri başa çatıb.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Türkmənistanda Azərbaycanın Zəfər Günü qeyd edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.08.2026)
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib













