Türkmənistanda Azərbaycanın Zəfər Günü qeyd edilib
Azərbaycanın Türkmənistandakı səfirliyində 8 noyabr – Zəfər Günü, həmçinin Dövlət Bayrağı Günü münasibətilə qəbul keçirilib.
Səfirlikdən verilən verilən məlumata görə, tədbirdə çıxış edən səfir Qismət Gözəlov qeyd edib ki, Azərbaycan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanıb.
"Bu Zəfər Azərbaycan xalqının iradəsinin, birliyinin və ədalətin təntənəsidir. Vətən Müharibəsi nəticəsində işğal altında qalan ərazilərimiz azad olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib və BMT qətnamələrinin tələbləri yerinə yetirilib. Azərbaycanın bütün suveren ərazilərində dalğalanan bayrağımız isə xalqımızın müstəqilliyinin və Vətən müharibəsində əldə edilmiş Zəfərin əbədi rəmzi kimi dalğalanır", - səfir bildirib.
O vurğulayıb ki, "Böyük Qayıdış" proqramı çərçivəsində artıq 50 mindən çox vətəndaşımız işğaldan azad edilmiş ərazilərdə yaşayır, işləyir və təhsil alır.
"Azərbaycan işğaldan azad edilmiş torpaqlarımızı, o cümlədən dini-tarixi abidələrimizi və məscidlərimizi bərpa edir, onları yenidən həyat məkanına çevirir. Qardaş Türkmənistanın dəstəyi ilə işğaldan azad edilmiş Füzuli şəhərində məscidin inşası bu mənəvi bərpa prosesinin bariz nümunəsidir və Qarabağın yenidən bərpasına töhfə kimi yüksək qiymətləndirilir. Bu təşəbbüs türk dünyasının ortaq dəyərlərinə, islam mədəniyyətinə və azad olunmuş torpaqlarımızın mənəvi dirçəlişinə verilən yüksək önəmin göstəricisidir", - deyə diplomat qeyd edib.
Azərbaycan-Türkmənistan ikitərəfli münasibətlərinə toxunan səfir bildirib ki, iki ölkə arasında tarixi, mədəni və dini ortaq dəyərlər strateji tərəfdaşlığın əsasını təşkil edir.
Mərasimdə Türkmənistanın xarici işlər nazirinin müavini Əhməd Qurbanov çıxış edərək Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib, ölkələrimiz arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına dair səmimi fikirlərini ifadə edib.
Qəbul rəsmi nahar ziyafəti ilə davam edib, Azərbaycan və dünya bəstəkarlarının, xüsusilə Üzeyir Hacıbəylinin musiqiləri ifa olunub.
Tədbirdə Türkmənistanda akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri və əməkdaşları, media nümayəndələri, ictimaiyyət təmsilçiləri, həmçinin Türkmənistanda yaşayan azərbaycanlılar iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TÜRKPA Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyib
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb
-
Yalçın Rəfiyev: SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına Azərbaycan dəstək verməyə hazırdır
-
Zelenski Ukrayna ordusunda islahatların iyunda başlayacağını elan edib













