"AzInTelecom" IV Milli Kibertəhlükəsizlik Forumunda
"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib.
Dövlət və özəl sektor nümayəndələri, ekspertlər və texnologiya şirkətləri təmsilçilərini bir araya gətirən forum çərçivəsində ölkənin kibertəhlükəsizlik ekosistemi, kritik informasiya təhlükəsizliyi mövzularında müzakirələr aparılıb.
"AzInTelecom" tədbirdə stendlə çıxış edib. Stenddə iştirakçılara şirkətin təqdim etdiyi rəqəmsal həllər və xidmətlər barədə ətraflı məlumat verilib.
Panel sessiyaları çərçivəsində şirkətin Kibertəhlükəsizlik şöbəsinin müdiri Elşən İsmayılov "Rəqəmsal transformasiyada kiberçağırışlar" mövzusunda təqdimatla çıxış edərək süni intellekt texnologiyalarının sürətli inkişafının kibertəhlükəsizlik mühitinə göstərdiyi birbaşa təsirlərdən danışıb. O, eyni zamanda "AzInTelecom" tərəfindən yaradılmış supekompüter infrastrukturu, həmçinin şirkətin 24/7 rejimdə fəaliyyət göstərən Təhlükəsizlik Əməliyyatları Mərkəzinin fəaliyyəti haqqında iştirakçılara məlumat verib.
"AzInTelecom"un tədbirdə iştirakının əsas məqsədi şirkətin rəqəmsal transformasiya və kibertəhlükəsizlik üzrə fəaliyyət istiqamətlərini təqdim etmək və potensial əməkdaşlıq istiqamətlərini müzakirə etmək olub.
"AzInTelecom" haqqında
"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC bulud həlləri, rəqəmsal identifikasiya və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış texnologiya şirkətidir. 2015-ci ildən fəaliyyət göstərən şirkət "Hökumət buludu" və SİMA rəqəmsal imza kimi ölkəmiqyaslı layihələrin provayderidir.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda açıq ərazi yanır
-
Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"...
-
Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
-
Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb













