Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib
Far.Az xəbər saytı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) birgə təşkilatçılığı ilə "Sağlam həmkar" minifutbol turnirinə start verilib.

AHİK-in üzv təşkilatlarının komandaları arasında keçirilən yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən AHİK sədrinin müavini Qəzənfər Abdullayev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən idman siyasətindən söz açıb, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, müasir idman infrastrukturunun yaradılması, eləcə də idmançılar üçün yaradılan geniş imkanlardan danışıb. Vurğulanıb ki, bu gün Azərbaycan dünyanın aparıcı idman mərkəzlərindən biridir və nüfuzlu beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edir.

AHİK sədrinin müavini bildirib ki, "Sağlam həmkar" minifutbol turnirinin keçirilməsi sağlam həyat tərzinin təşviqi, kollektiv həmrəyliyin və komanda ruhunun gücləndirilməsi, asudə vaxtın səmərəli təşkili məqsədi daşıyır.

İdman tədbirində AHİİTA-nın idman bölmələrinin idmançıları tərəfindən nümunəvi idman çıxışları nümayiş etdirilib.

Sonra turnirin ilk oyunlarına start verilib. Qeyd edək ki, yarışda ümumilikdə 17 komanda 4 qrup üzrə mübarizə aparır.

Turnirə iyulun 10-da keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər