Göygöldə aşkar edilən meyitin şəxsiyyəti müəyyən olunub - YENİLƏNİB
Göygöl rayonunda ötən gün aşkar olunan meyitin şəxsiyyəti müəyyən edilib.
"Report"un Qərb bürosu xəbər verir ki, bu barədə məlumatı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov açıqlayıb.
Onun sözlərinə görə, meyiti tapılan şəxs Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan Şərqiyyə Məmmədovadır.
E.Qasımov bildirib ki, ekspertiza Ş.Məmmədovanın ürək tutmasından öldüyünü təsdiqləyib.
Göygöl rayonunda restoran yaxınlığında meyit aşkarlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hazırda tapılan meyitin şəxsiyyəti və ölüm səbəbi araşdırılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə Gəncə Çayının rayon ərazisindən keçən hissəsində qadın meyiti olması barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Hələlik şəxsiyyəti müəyyən edilməyən meyit müvafiq ekspertizaya təqdim edilib. Üzərində zorakılıq əlamətləri aşkarlanmayan meyitin kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Göygöldə meyit tapılıb
Beynəlxalq konfrans iştirakçıları Şuşa şəhərinə səfər ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": Tulsi Qabbard istefa verməzdən əvvəl MKİ ilə münaqişəyə girib
-
Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək?
-
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
-
Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb
-
Zamiq Hüseynov: "Kaş, belə bir dünya ola..."
-
Venesuelada amnistiyadan sonra 390-dan çox məhbus azadlığa buraxılıb













