Azərbaycan boksçuları Monteneqroda dünya çempionatında iştirak edəcəklər
Far.Az xəbər saytı

Azərbaycan boksçuları Monteneqroda dünya çempionatında iştirak edəcəklər


Azərbaycanın gənc boksçuları oktyabrın 23-dən noyabrın 3-dək Monteneqronun Budva şəhərində təşkil olunacaq dünya çempionatında iştirak edəcəklər.

"Far.Az" xəbər verir ki, yığma mundialda 13 idmançı ilə təmsil olunacaq.

Məşqçilər korpusu yarışda Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq), Tağı Nəsibov (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq), Ziya Həsənov (71 kq), Abbasqulu Şadlinski (75 kq), Lalə Mədətova (48 kq), Cəmilə Sultanlı (50 kq), Aynur Mikayılova (57 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayevaya (63 kq) şans verəcək.

Dünya birinciliyində beynəlxalq dərəcəli hakim Emil Qurbanəliyev ədaləti qoruyacaq.

Nümayəndə heyətinə Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək.

Qeyd edək ki, yarışda 84 ölkədən 800-dək boksçu mübarizə aparacaq.

Oxşar xəbərlər

Qərbi Azərbaycan Xronikası: "Kərbəlayı İsmayıl da Abbasqulu bəylə birlikdə ermənilərə qarşı vuruşub"
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Bu günün valyuta məzənnələri
Azərbaycan boksçuları Rusiyada beynəlxalq turnirdə iştirak edəcək
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı növbəti məhkəmə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər