Azərbaycanın qadın güləşçiləri yeni antidopinq qaydaları ilə tanış olublar
Far.Az xəbər saytı

Azərbaycanın qadın güləşçiləri yeni antidopinq qaydaları ilə tanış olublar


Azərbaycan Güləş Federasiyası (AGF) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə qadın güləşi üzrə milli komandanın üzvləri üçün antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.

Bu barədə "Report"a AGF-dən məlumat verilib.

Seminarın məqsədi idmanda ədalətli rəqabət prinsiplərinin təşviqi, təmiz idmanın dəyərlərinin təbliği və idmançıların sağlamlığının qorunması olub.

Tədbir 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartların tələbləri əsasında təşkil edilib. Seminar zamanı AMADA-nın Elm, tibb və təhsil şöbəsinin aparıcı mütəxəssisi Qüdrət Səfərov iştirakçılara qadağan olunmuş maddə və üsullar, idmançıların hüquq və öhdəlikləri, dopinq nəzarəti prosedurları, terapevtik istifadə üçün istisnalar (TUE), eləcə də antidopinq qayda pozuntularının nəticələri barədə ətraflı məlumat verib.

Sonda güləşçilərin sualları cavablandırılıb və testlər vasitəsilə praktiki biliklər təkmilləşdirilib.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər