Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır.
"Far.Az" xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmək vacibdir.
Müasir texnologiyalar sosial şəbəkələrdə hesab yaradaraq istənilən videonu yükləməyə, görüntüləri montaj etməyə və səsi dəyişdirməyə imkan verir. Süni intellekt vasitəsilə insanın səsini təqlid etmək, söyləmədiyi fikirləri onun adından səsləndirmək də mümkündür. Buna görə videoda dövlət başçısının görüntüsünün olması həmin materialın həqiqiliyini və onu paylaşan hesabın rəsmi olduğunu təsdiqləmir. Xüsusilə vurğulayırıq ki, Prezident İlham Əliyevin TikTok platformasında rəsmi hesabı yoxdur.
"Far.Az" oxucuların diqqətinə Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını təqdim edir:
- X (Twitter): "twitter.com/azpresident" (https://twitter.com/azpresident)
- Instagram: "instagram.com/presidentaz" (https://www.instagram.com/presidentaz/)
- Facebook: "facebook.com/PresidentIlhamAliyev" (https://www.facebook.com/PresidentIlhamAliyev)
- Youtube: "https://www.youtube.com/@presidentaz"
Bu hesabların hamısına keçid Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində - "president.az" (https://president.az/) saytında yerləşdirilib.
Prezidentin adından istifadə edən, onun foto və videolarını paylaşan hər bir səhifə rəsmi hesab deyil. Səhifənin adı və izləyici sayı da məlumatın etibarlılığını təsdiqləmir.
Oxucuları Prezident İlham Əliyevin fəaliyyəti barədə məlumatları president.az saytından və orada keçidləri göstərilən rəsmi sosial şəbəkə hesablarından izləməyə çağırırıq. Digər hesablarda yayılan materialları paylaşmazdan əvvəl onların doğruluğunu rəsmi mənbələrlə yoxlamaq vacibdir.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE
-
Roman Abramoviç Bakıya gəlib
-
Türkiyə Feridun Sinirlioğlunun BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb
-
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
-
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, 10 nəfər yaralanıb













