Eldar Quliyev əmr imzaladı: Əhliman Əmiraslanov və Abel Məhərrəmov şuranın rəhbərliyində yer aldılar
Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) sədrinə yeni müavinlər təyin olunub.
BAKU.WS "Yeni Sabah"a istinadən xəbər verir ki, bu barədə şura sədri, Milli Məclisin deputatı Eldar Quliyev müvafiq əmrlər imzalayıb.
Əmrlə parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini təyin edilib.
Eyni zamanda, Milli Məclisin İntizam Komissiyasının sədri, professor Eldar İbrahimov, deputat Ağalar Vəliyev, "Gəncəli" İstehsalat-Kommersiya şirkətinin rəhbəri, iş adamı Bayram Yusifov, Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, sabiq deputat Tahir Süleymanov və Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov isə AAŞ-ın sədr müavinləri təyin ediliblər.
Xatırladaq ki, adları çəkilən şəxslər əvvəllər də Ağsaqqallar Şurası sədrinin müavini postunda çalışıblar. Qurumun Nizamnaməsinə əsasən, qurultaydan sonra rəhbərlik yenidən formalaşdırılır. Aprelin 23-də şuranın IX qurultayı keçirilib.
AAŞ sədri Eldar Quliyev Nizamnaməyə uyğun olaraq, müavinlərin yenidən təyinatı ilə bağlı əmrlər imzalayıb.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Azərbaycanın U-20 millisi yoldaşlıq oyununda bu gün Moldova ilə qarşılaşacaq
-
Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk
-
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq













