Azərbaycanla Rusiya arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş təsdiq edilib
Far.Az xəbər saytı

Azərbaycanla Rusiya arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş təsdiq edilib


Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

"Report"un məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il avqustun 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.

Oxşar xəbərlər

Azərbaycanla Pakistan arasında turizm sahəsində əməkdaşlığa dair Saziş təsdiq edilib
Azərbaycan Pakistanla mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq edəcək
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər