Şahin Bağırov Daşkəsəndə yeniyetmə voleybolçularla görüşüb
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Daşkəsən rayonunda yeniyetmə voleybolçularla görüşüb.
"Report" xəbər verir ki, federasiya rəhbəri Gəncə RVK-nın Daşkəsən rayonundakı voleybol bölməsinin yeniyetmə idmançıları və məşqçilərilə görüşüb.
Daşkəsən rayon 2 nömrəli tam orta məktəbin idman zalında baş tutan görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Gəncə RVK-nın rəhbəri Şamil Həsənli və regional voleybol klubun direktoru Sərxan Məmmədov da iştirak ediblər.
Görüşdə qonaqlara Gəncə RVK-nın Daşkəsən bölməsində görülən işlər, idmançı və məşqçilər üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.
Çıxış edən Ş.Bağırov AVF-nin ölkəmizdə voleybolun kütləviliyinin artırılması və inkişafı istiqamətində gördüyü işlərdən danışıb, gənc idmançılara tövsiyələrini verib və onlara uğurlar arzulayıb.
Sonda Şahin Bağırov və Orxan Abbasova Gəncə RVK-nın simvolik forması təqdim edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Şahin Bağırov Qobustanda yeniyetmə voleybolçularla görüşüb
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub













