Xızıda antisanitar şəraitdə quş kəsimi və satışı aşkarlanıb
Far.Az xəbər saytı

Xızıda antisanitar şəraitdə quş kəsimi və satışı aşkarlanıb


Daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri Xızı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Xızı rayonunun Sitalçay kəndində yerləşən, fiziki şəxs Haqverdiyev Rüfət Naib oğluna məxsus həyətyanı sahədə yoxlama aparıblar.

Far.Az-in məlumatına görə, baxış zamanı ərazidə quşların antisanitar şəraitdə və baytarlıq baxışından keçmədən kəsildiyi, quş əti məhsullarının baytarlıq-sanitariya ekspertizası aparılmadan satışa çıxarıldığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhdudlaşdırıcı qərar qəbul edilib. Quş əti məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Xırdalanda 2 min ev quşunun qanunsuz kəsildiyi sexin fəaliyyəti məhdudlaşdırılıb
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər