DÇ-2026-nın açılış oyunu yeni rekordla yadda qalıb
Far.Az xəbər saytı

DÇ-2026-nın açılış oyunu yeni rekordla yadda qalıb


Futbol üzrə DÇ-2026-nın açılış matçı rekord göstərici ilə yadda qalıb.

"Report" xəbər verir ki, ilk dəfə açılış oyununda baş hakim futbolçulara 3 dəfə qırmızı vərəqə göstərib.

Rekord göstərici Meksika - CAR qarşılaşmasına təsadüf edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk qırmızı vərəqə oyunun 49-cu dəqiqəsində göstərilib. CAR millisinin futbolçusu Sfifelo Sitxole rəqibin aşkar qol imkanını pozduğuna görə meydandan kənarlaşdırılıb.

84-cü dəqiqədə VAR sisteminin müdaxiləsindən sonra braziliyalı hakim Vilton Sampayo kobud oyuna görə Tembe Zvaneyə qırmızı vərəqə göstərib. Bununla da Afrika təmsilçisi oyunu doqquz nəfərlə davam etdirməli olub.

Əlavə vaxtın ikinci dəqiqəsində isə növbəti qırmızı vərəqə qeydə alınıb. Meksika millisinin müdafiəçisi Sesar Montes rəqibin aşkar qol imkanını əngəllədiyinə görə meydandan qovulub.

Beləliklə, dünya çempionatlarının açılış oyunlarında göstərilən qırmızı vərəqələrin sayı üzrə yeni rekord müəyyənləşib. Əvvəlki rekord 1990-cı ildə Argentina və Kamerun yığmaları arasında keçirilən açılış matçına məxsus idi. Həmin görüşdə Kamerun millisinin iki futbolçusu qırmızı vərəqə almışdı.

Oxşar xəbərlər

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
DÇ-2026: Meksika - CAR oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər