Braziliya yığmasının heyətində dünya çempionu olan Brito vəfat edib
Far.Az xəbər saytı

Braziliya yığmasının heyətində dünya çempionu olan Brito vəfat edib


Braziliya yığmasının heyətində 1970-ci ildə dünya çempionu olan sabiq mərkəz müdafiəçisi Brito 86 yaşında dünyasını dəyişib.

"Far.Az" FİFA-ya istinadən xəbər verir ki, o, sətəlcəm səbəbindən yaranan fəsadlara görə bir həftə xəstəxanada müalicə olunduqdan sonra həyatını itirib.

Braziliya millisində 1964-cü ildə debüt edən müdafiəçi 2 il sonra keçirilən dünya çempionatında Portuqaliyaya qarşı oyunda meydanda olub. Daha sonra Brito Meksikada 1970-ci ildə təşkil edilən mundialda bütün qarşılaşmalarda iştirak edib.

O, Everaldo (1974), Fontana (1980), Feliks (2012), Joel Kamarqo (2014), Karlos Alberto (2016) və Peledən (2022) sonra Mario Zaqallonun rəhbərlik etdiyi həmin heyətdə dünyasını dəyişən 7-ci futbolçu olub.

Qeyd edək ki, Braziliya komandası DÇ-2026-da ilk oyununu şənbə günü Mərakeşə qarşı keçirəcək

Oxşar xəbərlər

Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
2025-ci ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər