Kənd təsərrüfatı naziri arıçılar üçün lizinq imkanlarından danışıb
Kəlbəcər rayonunda Arıçılıq Mərkəzinin təsis edilməsi nəzərdə tutulur.
"Far.Az"un Zəngilan rayonuna ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə əlaqədar təşkil olunan müşavirədə bildirib.
Nazirin sözlərinə görə, dövlət proqramında arıçılıq üzrə prioritet istiqamətlərdən birini elmi-tədqiqat işlərinin möhkəmləndirilməsi təşkil edir: "Proqram daxilində Kəlbəcərdə Arıçılıq Mərkəzinin formalaşdırılması planlaşdırılır. Bu mərkəzdə elmi araşdırmaların həyata keçirilməsi məqsədilə laboratoriyanın yaradılması, arı məhsullarının nümayiş etdirilməsi, bal süzümü prosesi və sair fəaliyyətlərin təşkili gözlənilir".
M.Məmmədov həmçinin qeyd edib ki, arıçılıqla məşğul olanlar lizinq mexanizmlərindən də faydalana bilərlər: "Arıçılıq sahəsində istifadə olunan avadanlıqların əldə edilməsi üçün Aqrar Kredit və İnkişaf Agentliyinin təklif etdiyi lizinq imkanlarından yararlanmaq mümkündür. Agentliyin siyahısına bal istehsalı və digər arıçılıq məhsullarının hazırlanmasında istifadə edilən müxtəlif texniki vasitələr daxil edilib", - deyə o vurğulayıb.
Nazir onu da əlavə edib ki, arıçıların istifadə etdiyi hər hansı avadanlıq hazırkı siyahıda mövcud olmadıqda, bu məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmək olar: "Bu cür müraciətlər daxil olduqda, avadanlıqların qiymətləndirilməsi aparılaraq siyahıya əlavə olunması imkanları araşdırıla bilər".
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Biləcəri-Yalama dəmir yolunu elektrikləşdirmək 450 milyon dollara başa gələcək
-
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq













