Ər-Riyad üzərində husilərin atdığı raket ələ keçirilib
Far.Az xəbər saytı

Ər-Riyad üzərində husilərin atdığı raket ələ keçirilib


Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi koalisiyanın bəyanatına istinadən məlumat yayıb.

Daha sonra Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi şəhər sakinlərini təhlükəsizlik üzrə rəsmi təlimatlara riayət etməyə, insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa və foto-video çəkilişlərindən çəkinməyə çağırıb.

Daha əvvəl Səudiyyə Ərəbistanının Fövqəladə Hallar üzrə Erkən Xəbərdarlıq Milli Platforması Ər-Riyad sakinlərinə potensial təhlükə barədə bildiriş göndərib.

Mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Husilərin uğuru – qiyamçılar yenidən regionun təhdid mənbəyi kimi - ŞƏRH
FHN-in Bakı Regional Mərkəzi kompleks mülki müdafiə təlimi təşkil edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər