İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Xan-Yunis bölgəsinə endirilən zərbə nəticəsində "İslami Cihad"ın hərbi qanadının bölük komandiri Məhəmməd Əbu Şaluf öldürülüb. Onun 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə hücumda iştirak etdiyi bildirilib.
Digər zərbə zamanı isə HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvü Musa Atef Əbu Dan öldürülüb.
İsrail ordusunun mətbuat xidməti bildirib ki, öldürülən şəxslər son vaxtlar İsrail hərbçilərinə hücumlar edib və silahlı qruplaşmaların döyüş qabiliyyətini bərpa etmək məqsədilə fəaliyyət göstəriblər. Ordunun iddiasına görə, bununla onlar atəşkəs razılaşmasını sistematik şəkildə pozublar.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Azərbaycanın bu bölgəsinə 150 sm QAR YAĞIB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Mirror: Ronaldu Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb
-
"Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
-
Filippinli səyyah Qarabağda dağ-xizək turizminin inkişaf perspektivlərini qeyd edib













