ABŞ Ədliyyə Nazirliyi "Paramount"un "Warner Bros"u satın almasına qarşı çıxmayıb
Far.Az xəbər saytı

ABŞ Ədliyyə Nazirliyi "Paramount"un "Warner Bros"u satın almasına qarşı çıxmayıb


ABŞ-nin Ədliyyə Nazirliyi "Paramount Skydance" şirkətinin media konqlomeratı "Warner Bros. Discovery" şirkətini potensial satın alınması ilə bağlı antiinhisar araşdırmasını başa çatdırıb və sövdələşmənin qarşısını almaq üçün heç bir əsas tapmayıb.

"Far.Az"un məlumatına görə, nazirlik bu barədə 12 iyunda dərc olunmuş yazılı açıqlamada bildirib.

Sənəddə qeyd olunur ki, antiinhisar bölməsi təklif olunan birləşmənin təhlilini başa çatdırıb və sövdələşmənin rəqabətə və ya Amerika istehlakçılarına zərər verməyəcəyi qənaətinə gəlib.

Potensial sövdələşmənin dəyəri təxminən 110 milyard dollardır. Tərəflər arasında danışıqlar ötən ildən davam edir.

Daha əvvəl "Netflix" yayım xidməti də təxminən 83 milyard dollar təklif edərək Warner Bros. şirkətini satın almaqda maraqlı olduğunu bildirmişdi.

Oxşar xəbərlər

WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir - CANLI YAYIM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər