Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB
Türkiyənin Ankara vilayətində qanunsuz mərc, dələduzluq və əxlaqsız məzmunlu paylaşımlarla bağlı yüzlərlə internet resursuna giriş bloklanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Ankarada sentyabrın 21-dən 27-dək aparılan virtual patrul və açıq mənbə araşdırmaları çərçivəsində 760 sosial media hesabı və URL ünvanı araşdırılıb.
Qanunsuz mərc oyunlarına şərait yaratdığı müəyyən edilən 341, fişinq yolu ilə dələduzluq etdiyi aşkarlanan 6 və əxlaqsız məzmunlu paylaşımlar edən 70 internet saytı barədə İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumuna məlumat verilib və həmin resurslara giriş məhdudlaşdırılıb.
Bundan başqa, cari il ərzində baş vermiş və təqsirkarı müəyyən edilməmiş kibercinayətlərin araşdırılması çərçivəsində Çankaya rayonunda qeydə alınan ağır dələduzluq hadisəsinin üstü Baş Prokurorluğun koordinasiyası ilə açılıb.
Hadisəni törətdiyi müəyyən edilən şübhəli barəsində hüquqi tədbirlərin görülməsinə başlanılıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub













