Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək
Far.Az xəbər saytı

Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək


UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Litva oyununun baş hakimi Qustavo Korreya ilk dəfə ölkə təmsilçisinin matçını idarə edəcək.

"Far.Az"un məlumatına görə, 34 yaşlı FIFA referisi daha əvvəl Azərbaycan klublarının və aşağı yaş qrupu üzrə yığmaların qarşılaşmasına təyinat almayıb.

Portuqaliyalı hakim karyerası ərzində ölkəsinin çempionat oyunları ilə yanaşı, Yunanıstan Superliqası və Səudiyyə Ərəbistanında da oyunları idarə edir.

O, cari mövsüm UEFA Çempionlar Liqasının, UEFA Konfrans Liqasının təsnifat mərhələsinin matçlarında da söz sahibi olub.

Xatırladaq ki, Azərbaycan - Litva oyunu oktyabrın 4-də, saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb - YENİLƏNİB-8
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər